Ana səhifə
19 Noyabr 2018

Əsgərlərimiz üçün qurban kəsildi

Qurban bayramı ilə bağlı Səbail rayonunda Badamdar qəsəbəsində «N» saylı hərbi hissədə bayram şənliyi keçirilib. 
 

 

Ucnoqta.az” xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətindən qafqazinfo-ya verilən məlumata görə, qəsəbə ictimaiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, ağsaqqalların, qəsəbədəki 236, 239 və 329  saylı orta məktəblərin kollektivlərinin nümayəndələri ənənəvi olaraq qəsəbədəki hərbi hissələrin şəxsi heyətinin görüşünə gəlib. Tədbiri hərbi hissənin komandiri, polkovnik-leytenant Namiq Əfəndiyev açıb və Qurban bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları bayram münasibəti ilə təbrik edib

 Tədbirdə çıxış edən  Səbail rayon İcra Hakimiyyəti Başçısının  Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev Qurban Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. 

 Xidmətdə fərqlənən bir qrup hərbiçi Səbail RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırıldı. 

Daha sonra qurbanlar kəsilib və əsgərlər üçün bayram süfrəsi təşkil olundu. Tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti keçirilib,   tədbirdə iştirak edən əsgərlərimizə bayram sovqatları təqdim edilib.

 

Tarix
3 Oktyabr 2014 [14:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin