Ana səhifə
26 Sentyabr 2018

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Oktyabrın 22-23-də “Hilton Baku” otelində “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminar keçiriləcək.
Ucnoqta.az bildirir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq tədbirdə 15 dövlətin sığorta-pensiya qurumlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edəcəklər.
DSMF-nin ictimaiyyətlə əlaqələr dektorundan AzərTAc-a verilən məlumata görə, bununla yanaşı, seminara Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilatların nümayəndələri də qatılacaqlar.
Beynəlxalq seminarın əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasın genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıqdır.
Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilib. Bunun nəticəsi olaraq 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib. DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb.

Tarix
17 Oktyabr 2014 [16:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin