Ana səhifə
21 Noyabr 2018

Kürdlər azərbaycanlı gənci edam etdi

Suriyanın Kobani şəhərində kürd silahlıları “İslam dövləti” qruplaşmalarının sıralarında döyüşən azərbaycanlı gənci edam ediblər.

 

Ucnoqta.azxəbər verir ki, “France Press” agentliyinə istinadən apa-nın verdiyi məlumata görə, Türkiyəyə sığınan suriyalı kürd qaçqınlardan Cüneyt Hemo adlı şəxs AFP-yə müsahibəsində Kobanidə 20 yaşlarında olan azərbaycanlının əsir götürülməsindən söz açıb. O bildirib ki, Kobani şəhərinin qərb hissəsində gedən atışmalar zamanı ələ keçirilən döyüşçünü məscidə aparıblar: “Onunla danışaraq fikrini dəyişməyə çalışdılar. Amma o, dönə-dönə deyirdi ki, biz kafirik və onlar bizi doğru İslam yoluna gətirmək əmrini yerinə yetirirlər. İyirmi yaşlarında olardı. Ərəbcə danışırdı. Azərbaycandan bu torpaqları “kafirlərdən xilas etmək üçün” gəldiyini dedi. O, dayanmadan yalvarırdı ki, onu öldürək, çünki belə cənnətə gedəcək”.

C.Hemonun sözlərinə görə, dindirilən zaman təmkinli davranan azərbaycanlı gənc ancaq öldürülməsini istəyib və mübahisə uzandıqda, kürd silahlıları onun başına atəş açaraq öldürüblər.

Sözügedən azərbaycanlı İŞİD üzvünün kimliyi barədə əlavə məlumat yoxdur.

 

Tarix
17 Oktyabr 2014 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin