Ana səhifə
24 Sentyabr 2018

FHN təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsində taktiki-xüsusi təlim keçirilib.


 “Ucnoqta.az” xəbər verir ki, “Fövqəladə hallar” qəzetində dərc olunan məlumata görə, təlimə hərbi hissənin qərargahı, xidmətləri və şəxsi heyəti, 20 ədəd avtomobil texnikası, xüsusi təyinatlı avadanlıqlar və aqreqatlar, şərti olaraq Lənkəran və Masallı rayonlarının mülki müdafiə xidmətləri və hərbiləşdirilməmiş dəstələri cəlb edilib.

Fövqəladə hadisə rayonuna cəlb olunmuş xilasetmə dəstələri ilə hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə işlərinin aparılması, mühəndis və xilasetmə texnikasından, həmçinin xüsusi avadanlıqlardan istifadə etməklə öz qüvvələri ilə hadisə rayonunda zərərçəkmişlərin axtarışı və uçqunlar arasından çıxarılması, binaların yuxarı mərtəbələrindən insanların xilas edilməsi, onlara ilk tibbi yardımın göstərilməsi, qəza rayonunda kimya müşahidə postunun açılması, zərərçəkmişlərin çeşidlənməsi, ərazinin mühafizəsi üçün səyyar patrul xidmətinin təşkili, insanların təhlükəsiz əraziyə təxliyə edilməsi tapşırığı praktiki olaraq məşq edilib.

Taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan məqsədə nail olunub.

 

Tarix
17 Oktyabr 2014 [19:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin