Ana səhifə
20 Noyabr 2018

İnsan kapitalının inkişafı iqtisadi strategiyanın əsas hədəflərindən biridir

Regionların peşəkar kadrlarla təminatı günün tələbidir

 

Ölkədə insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin təmin edilməsi sahəsində görülən işlərin davam etdirilməsi və genişləndirilməsi əsas prioritet kimi müəyyən olunmuş, bu məqsədlə ölkə əhalisinin, xüsusən, sosial cəhətdən həssas əhali təbəqələrinin mənzil şəraitlərinin yaxşılaşdırılması və bu sahənin inkişafı əsas məsələlərdən biri kimi qarşıya qoyulub. 2014-2018-ci illərdə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə regionlarda yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlərin davam etdirilməsi, regionlarda sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların növləri və şəbəkəsinin genişləndirilməsindən ibarətldir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır. Qarşıda duran məsələlərin həyata keçirilməsi isə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını gündəmə gətirir. Azərbaycanın uğurlu iqtisadi islahatlar siyasəti bu gün imkan verir ki, əldə olunan gəlirləri təhsilə, səhiyyəyə, yeni texnologiyaların tətbiq olunmasına yönəldilsin. Bir sözlə, uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdır. Bunlar insan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Biz də bunu nəzərə almalıyıq. «Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik“,- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Bu onu göstərir ki, insan kapitalının inkişafı Azərbaycanda həyata keçirilən dövlət proqramlarının əsas prioritetlərindən biridir. Qeyd edək ki, Avrasiya İnsan İnkişafı Fondunun dünya ölkələrinin inkişafında insan amilinə dair hazırladığı hesabatda qeyd olunur ki, iqtisadiyyatda insan kapitalı insana yönələn investisiyanın həcmi ilə ölçülür. Dünyada iqtisadi artımın 16 faizi fiziki kapital, 20 faizi təbii ehtiyatlar, 64 faizi isə insan kapitalı hesabına əldə olunub. İnsan kapitalına yönələn xərclərin artması nəticədə həmin ölkənin gələcəkdə daha da inkişaf etməsinə  səbəb olur.

İnsan kapitalının inkişafını gələcək iqtisadi strategiyanın əsas hədəflərindən biri kimi müəyyən edən Azərbaycan dövləti «qara qızılı» məhz bu istiqamətə yönəldərək gələcək milli inkişafa əsaslı zəmin yaradır. Bu prioritetlər gələcəyin, yeniliyin hədəflərini təşkil edir. İnnovativ iqtisadiyyatda güclü maliyyələşdirməyə imkan verən iqtisadi resursların olması ilə bərabər, bu sistemi idarə edən intellektual və texnoloji potensiala da böyük ehtiyac var. İnnovasiya şəbəkəsinin iştirakçılarının sayının daim artması, bura yeni sosial qrupların cəlb edilməsi, innovasiya inkişafına istiqamətlənən institusional sistemin yaradılması bu sahədə əsas  faktorlardandır. Azərbaycanda insan kapitalının zəngin elmi bazaya söykəndiyini nəzərə alsaq, elmi innovasiyalar sahəsinə yatırılan kapitalın böyük əhəmiyyət daşıdığını yəqin etmək olar.

Bu gün dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi dünya innovasiya inkişafının əsas fundamentini təşkil edir. Yüksək ixtisaslı personalın çevikliyinin artması, biliyin paylaşması prosesi hazırda genişmiqyaslı bir dünya planı kimi sürətli temp alıb. Qloballaşma şirkətlərə daha yüksək səviyyəli texnologiya uğrunda rəqabət aparmağa və innovasiyaların ixtisaslaşdırılması və lokallaşdırılması prosesini stimullaşdırmağa məcbur edir.

Möhkəm elmi bazaya əsaslanan sosial-iqtisadi nailiyyətlər hər bir ölkənin davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan hökumətinin böyük diqqət ayırdığı sahələrdən biri də elmdir. Respublikamız savadlı kadrlar, texnologiya, uzun illərin təcrübəsi və digər amillər sayəsində geniş elmi potensiala sahibdir. Məhz bu potensialın üzə çıxarılması, keçmiş təcrübənin yeni nəslə ötürülməsi, qabaqcıl texnoloji, tibbi və digər nailiyyətlərin elmi əsaslarının ölkəmizdə tətbiqi və bu kimi başqa tədbirlər elmin inkişaf tempinin artmasına müsbət təsir göstərir. Yüksək elm isə peşəkar kadrlar deməkdir. Xüsusilə regionların inkişaf etdirilməsində bu peşəkar kadrlara böyük ehtiyac var. Buna nail olmaq üçün isə son illər büdcədən təhsilə ayrılan xərclərin həcmi davamlı olaraq artırılır. Təhsil sahəsinə diqqətin artırılması ölkədə insan resurslarının inkişafı və iqtisadiyyatın, o cümlədən regionların yüksək ixtisaslı kadrlarla təmin olunması baxımından dayanıqlı iqtisadi inkişafa xidmət edə biləcək çox təqdirəlayiq haldır. 2010-cu ildə büdcədən təhsilə ayrılan xərclərin həcmi 2000-ci illə müqayisədə 6,4 dəfə artıb. 2014-cü il dövlət büdcəsindən məktəbəqədər və ibtidai təhsilə 158,7 milyon manat, natamam və orta təhsilə 851,0 milyon manat, internat və xüsusi məktəblərə 43,2 milyon manat, texniki-peşə məktəbləri və liseylərə 78,6 milyon manat, ali təhsilə 33,0 milyon manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 5,0 milyon manat və təhsil sahəsində digər xidmətlərə 483,9 milyon manat vəsait yönəldilib.

2015-ci ildə isə təhsil xərcləri üçün 1711,2 milyon manat, 2014-cü illə müqayisədə 57,7 milyon manat və yaxud 3,5 faiz çox vəsait ayrılıb. Maliyyə Nazirliyindən  bildiriblər ki, təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,1 faiz olacaq.

2015-ci il dövlət büdcəsindən məktəbəqədər təhsilə 165,6 milyon manat, ümumi təhsilə 898,3 milyon manat, ilk-peşə təhsilə 34,3 milyon manat, orta ixtisas təhsilə 44,6 milyon manat, ali təhsilə 39,2 milyon manat, əlavə təhsilə 3,5 milyon manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə 525,7 milyon manat vəsait yönəldiləcək.

Ayrılmış vəsaitlər “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”na və “2013-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya uyğun olaraq təhsil sisteminin inkişafına yönəldilmiş dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, təhsil infrastrukturlarının müasir tələblərə uyğun qurulmasına, təhsilin məzmununun yeniləşməsinə və yeni informasiya-kommunukasiya texnologiyalarının tətbiqinə maliyyə təminatı yaradacaq.

Göründüyü kimi Azərbaycan milli məhsulda elm və təhsilin çəkisinin artırılması və kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atmaqdadır. Kadr potensialının müasir dövrə uyğun qurulması, demokratik idarəetmədə elektron hökumətin qurulması və funksional idarəetmənin gəncləşməsi yeni siyasi reformalarda mühüm üstünlüyə ma¬likdir. Arğtıq bunlar göstərir ki, Azərbaycanda yaxın illər üçün güclü kadr bazasının formalaşdırılması əsas prioritetlərdəndir və bununla bağlı hərtərəfli zəmin yaradılıb. «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı»nın müəyyənləşdirdiyi prinsiplər, eləcə də Prezident yanında Elmin İnkişafı Fondunun başlıca tezisləri birbaşa yeni tərəqqi erasının kadr bazasının hazırlanmasına hesablanıb.

Görülən işlər isə deməyə əsas verir ki, nəinki Bakının, həm də regionların peşəkar kadrlarla təmin edilməsi realdır. 

Tarix
19 Mart 2015 [12:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin