Ana səhifə
20 Sentyabr 2018

“Astana Balet” teatrı kollektivi Bakıda

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aprelin 8-də

“Astana Balet” teatrı kollektivinin çıxışı olacaq. Müasir xoreoqrafiya yeni istiqamət və cərəyanı təmsil edən “Astana balet”in kollektivi maraqlı yaradıcı layihələrlə bir sıra ölkələrdə - Çin, Koreya, Fransa, Avstriya, Rusiya və s. qastrol səfərlərində olub. Bu kollektivin tamaşaçıları arasında müxtəlif nəsillərin nümayəndələri vardır. Bakıda təqdim olunacaq proqram “Şərq rapsodiyası” adlanır və müxtəlif stillərdə olan nömrələrdən ibarətdir. Proqrama ayrı-ayrı xalqların koloritini əks etdirən parlaq rəqslər daxil edilmiş və rəqslərin quruluşu müxtəlif qazax və habelə xarici baletmeysterlər tərəfindən həyata keçirilib.

 

Qeyd edək ki, “Şərq rapsodiyası”nın proqramında N.Rimski-Korsakov, Q.Qarayev və A.Borodin kimi dünya klassiklərinin musiqiləri, həmçinin milli xoreoqrafik kompozisiyalar – “Kus-Jolı”, “Kız Jibek”, “Qazax valsı” və s. nömrələr səslənəcək.

Tarix
19 Mart 2015 [21:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin