Ana səhifə
20 Sentyabr 2018

"Apple"dən möhtəşəm YENİLİK

Dünyanın ən incə planşeti...

"Apple" yeni palnşetləri iPad Air və iPad mini 3-ü Cupertinoda olan mərkəzində nümayiş etdirib.

 

Ucnoqta.az türk mediasına istinadən xəbər verir ki, "Apple" sentyabrın 9-da iPone 6-nı tanıtdıqdan sonra ikinci böyük nümayişini keçirib. 

 

Californiyadakı Cupertino mərkəzində təşkil olunan nümayişdə ilk olaraq iPad Air təqdim olunub.

 

Çıxış edən CEO Tim Cook, bazara çıxarıldığı ilk gündən bu yana 225 milyon iPad satıldığını, iPad satışlarının 2014-cü ilin üçüncü rübünə qədər qlobal PC satışlarını geridə buraxdığını deyib: "Üçüncü rübdə 70 milyon satılan iPad Levona, HP, Dell və Acer-i  geridə qoyub.

 

Cook bunları əlavə etdi : “Müştərilər Apple-dən çox razıdırlar. Əminəm ki, iPad mini Retina modelinin istifadəçiləri də 100% razı qalacaqlar".

 

Cook səhnədə nümayiş etdirdiyi iPad Air 2-nin qələm kimi incə olduğuna diqqət çəkmək üçün “Görürsünüzmü?” sualını verib. Eyni zamanda planşetin qızılı rəngli olması da diqqətdən yayınmayıb.

 

Barmaq izi sensoru gəldi

 

Daha sonra səhnəyə çıxan Apple-nin qlobal marketinq müdiri Phill Şiller iPad Air 2-nin xüsusiyyətlərini təqdim edib:

 

- 7.9 düyüm Retina display ekran.

- 6.1 mm qalınlığında. iPad Air-dən 18% daha incədir.

- Touch ID barmaq izi sensora sahibdir.

- Apple Pay mobil pulqabı xüsusiyyərti var. NFC texnologiyası yoxdur.

- Daha incə bir ekranı olan iPad Air 2 şüa əks olunmasını yüzdə 56 nisbətində azaldan xüsusiyyətə sahibdir.

- A8X prosessora sahibdir.

- iPad Air 2 original iPad-ə nisbətən qrafik performansında 180 qat daha sürətlidir.

- Batereya ömrü 10 saatdır.

- Apple-nin hərəkət sensor prosessoru M8-dir.

- 8 MP iSight kamera, 1.12 mikron piksel kamera, f/2.4 diafaqma açıqlığına sahibdir.

- Multi in Mutli Out (MIMO) ilə Wİ-Fİ 802.11ac standarta sahibdir.

- 20 LTE bantında 150 Mbps`a qədər mobil məlumat sürətini dəstəkləyir.

 

Qiymətləri

 

iPad Air 2 Wİ-Fİ modellərinin qiyməti 16 GB, 64 GB, və 128 GB modelləri üçün sırayla 499, 599 və 699 dollardır.

 

iPad mini 3-ün qiyməti isə 399 dollardır.

 

Tarix
17 Oktyabr 2014 [23:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin