Ana səhifə
16 Noyabr 2018

Enerji içkiləri ilə bağlı şok xəbər

Son zamanlarda Avropada enerji içkilərinin istifadəsi artıb. Çox istifadə olunan bu içkilər, əslində, insanların sağlamlığına mənfi təsir göstərir.  

 

Xüsusilə, bu içkilər uşaqların və gəncclərin sağlamlığına ziyandır. 

 

Ucnoqta.az türk mətbuatına istinadən xəbər verir ki, Dünya Sağlamlıq Təşkilatının Avropa ofisi enerji içkilərinin insanların sağlamlığına təsiri mövzusunda hesabat hazırlayıb. Hesabata görə, bu içkilər sağlamlığa mənfi təsir göstərir. İçkilərin mənfi təsirinin səbəbi olaraq tərkibindəki kofeinin miqdarı göstərilir. Kofe isti olduğu zaman az içilir, lakin enerjili içkilər soyuq olduğu üçün bir dəfəyə çox miqdarda kofein qəbul etmək mümkündür. 

 

Avropa Qida Təhlükəsizliyi Təşkilatının araşdırmasına görə, uşaqların bədəninə daxil olan kafeinin 43%-i enerji içkiləri vasitəsi ilə olur. Bu nisbət gənclərdə 13%, böyüklərdə isə 8%-dir. 

 

Enerji içkilərindəki digər bir problem bu içkilərə spirtin qatılıb içilməsidir.  18-29 yaş arasındakı insanların 70%-i enerji içkilərinə spirt qatır. 

 

Bəzi ölkələr bu içkilərin içilməməsi üçün tədbirlər görür. Məsələn, Macarıstanda enerji içkiləri xüsusi sağlamlıq vergisinə tabedir.  İsveçdə də bəzi içkilər sadəcə apteklərdə satılır və uşaqlara satışı qadağandır.

 

Dünya Sağlamlıq Təşkilatı bu içkilərdə kafeinin miqdarının azaldılmasını və içkilərin reklamlarının da qadağan edilməsini təklif edir. 

 

Avropada eneji içkilərinin illik istehlakı adam başına 10 qutuya yaxındır. 

 

Tarix
17 Oktyabr 2014 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin