Ana səhifə
20 Sentyabr 2018

Bakıda ölümlə nəticələnən daha bir yol qəzası

Maştağa qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

 

 

Sabunçu rayonunun Maştağa qəsəbəsində isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Ucnoqta.az”-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə qəsəbənin Xanlar küçəsində qeydə alınıb. "Mersedes" markalı minik avtomobillə  Buzovnadan Maştağa istiqamətində hərəkətdə olan Nizami Ramiz Oğlu Quliyevin qarşısına qəflətən 2 piyada çıxıb. O, piyadalardan birini vurub. Hələlik kimliyi bilinməyən piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisədən dərhal sonra əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə baxış keçirilib. Meyit isə müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin  Sabunçu Rayon Şöbəsinə göndərilib. Qəzanı törədən avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Sürücü Nizami Quliyev izahatının alınması üçün rayon polis idarəsinə dəvət olunub. Faktla bağlı cinayət işi başlanıb. Qəzanın hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Tarix
17 Oktyabr 2014 [14:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin