Bakıda 48 yaşlı qadını avtomobil vurdu - Foto

01:16 - 28 Yanvar 2022 - HADİSƏ

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Parlament prospektində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Əkbərova Mətanət Qurban qızı işdən çıxaraq piyada keçidi vasitəsilə yolun əks tərəfinə keçmək istəyərkən onu yüksək sürətlə hərəkətdə olan minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, M.Əkbərova hazırda cərrahi əməliyyat olunur və vəziyyəti ağırdır.

Xəbər xətti