Türkiyədə koronavirusa rekord yoluxma

01:01 - 28 Yanvar 2022 - DÜNYA

Türkiyədə son 24 saatda 82 180 nəfərin COVID testi müsbət çıxıb.

Bununla da, pandemiya başlayandan bəri ölkədə ən çox yoluxma halı qeydə alınıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, son sutka ərzində 174 nəfər koronavirusun qurbanı olub.

Həmçinin, gün ərzində 83 225 nəfər ölümcül virusdan sağalıb.

Mənbə: “Haber Global”

Xəbər xətti