Gəncədə maskalılar marketin divarını söküb, 60 min pul apardılar

Gəncə şəhərində maskalı şəxslər böyük marketlərin birinin divarını uçuraraq, mağazadan 60 minə yaxın pul oğurlayıblar.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən marketlərin birində qeydə alınıb. İki maskalı şəxs linglə marketin arxa divarını uçuraraq içəriyə daxil olub və marketdən 40 min manatdan çox milli, 12 mindən çox xarici valyuta olan nağd pulu götürüb ərazidən uzaqlaşıblar.

Təxminən 60 min manata yaxın pulu oğurlayan maskalı şəxslər marketin müşahidə kamerasına düşüblər.

Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupundan bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
27 Yanvar 2022 [23:42]
Müəllif
Üç nöqtə
2022-01-27 23:42:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin