Broyler toyuğu daşıyan yük maşını aşdı - FOTO

20:22 - 27 Yanvar 2022 - HADİSƏ

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan '"ATECO" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmasa da broyler toyuqları daşıyan yük avtomobilinə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti