Peyvənd olunanların sayı açıqlandı - FOTO

16:39 - 27 Yanvar 2022 - Xəbər

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə 29 515 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 749 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 739 905, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 946 117 təşkil edir.

 


Xəbər xətti