Şamaxı yolunda şam ağacları kəsildi - FOTO

Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev Ucnoqta.az-a  bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 3 şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hazırda Abşeron rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır”.

F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.

Tarix
27 Yanvar 2022 [12:58]
Müəllif
Üç nöqtə
2022-01-27 12:58:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin