Ana səhifə
22 Noyabr 2018

Millət vəkilinin qızı açılış etdi – FOTOLAR

Ötən gün Bakıda dizayner Mənzər Hacıyevanın şou-rumunun açılışı olub. 
 

 

Ucnoqta.az xəbər verir ki, Milli Məclisin deputatı, professor Asəf Hacıyevin qızı olan Mənzərin tədbirinə dizaynerin ailə üzvləri ilə yanaşı, bir çox tanınmış insanlar da qatılıb.

Azərbaycanın istedadlı dizayneri Mənzər Hacıyeva Bakıda doğulsa da, onun uşaqlığı Moskvada və İstanbulda keçib. O, ABŞ-ın Nyu-York Universitetini və Parsons Dizayn Məktəbini uğurla bitirərək, təhsilini Paris Dəb Məktəbinin Bercot Studiyasında davam etdirib. Mənzər Londonda Mərkəzi San Martins parça rənglənməsi kurslarını bitirib və Florensiyada çanta dizaynerlərindən təcrübə alıb. Dizayner Michael Kors, Zac Posen, Narciso Rodriguez, Lanvin kimi məşhur dəb evlərində çalışıb. 

Qeyd edək ki, Mənzərin təsis etdiyi "Menzer Hajiyeva" brendi art-şərflərin istehsalı ilə məşğuldur.(Qafqazinfo.az)

 

Tarix
17 Oktyabr 2014 [14:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin