Azərbaycan nefti bahalaşıb

11:51 - 26 Yanvar 2022 - İQTİSADİYYAT

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 25-də 91,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 90,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 86,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 89,45 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel çoxdur.

Xəbər xətti