Ana səhifə
22 Sentyabr 2018

Məşhur milyarder Obamaya “psix” dedi

Amerikalı milyarder və məşhur tikinti maqnatı Donald Tramp prezident Barak Obamanı “pxis” adlandırıb.

Ucnoqta.az virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen Twitter bloqunda ABŞ prezidentinin Ebola epidemiyasının tüğyan etdiyi Qərbi Afrika ölkələrinə təyyarə reyslərini dayandırmamaq qərarını kəskin tənqid edib.

“Mənə elə gəlir ki, Obamanın psixi sağlamlığı ilə bağlı doğrudan da nəsə yerində deyil. O, nəyə görə uçuşları dayandırmır? Psix!” - deyə Tramp yazıb.

Amerikalı teleaparıcı Stiv Maltsberq tok-şouda Donald Trampdan bu tviti şərh etməyi istəyib. D.Tramp yenə təsdiq edib ki, ABŞ prezidentini başdanxarab hesab edir.

“Bunu kim bilmir ki, onun psixi vəziyyəti ilə bağlı nə baş verir, ancaq nəsə yerində deyil?! Nə qədər pis qərarlar qəbul etmək olar? Kimsə ağlı başında olan adam bu cür qeyri-komponent ola bilərmi?” - deyə D.Tramp bildirib.

Qeyd edək ki, Barak Obama oktyabrın 16-da Ebola ilə mübarizəyə dair müşavirə keçirib və Qərbi Afrikaya uçuşlarınn ləğv edilməsi çağırışlarına qarşı çıxıb. Deyib ki, bu, heç də ən yaxşı mübarizə üsulu deyil.

Obamanın sözlərinə görə, Amerika aeroportlarında xəstəliyə yoluxmuş şəxslərin aşkara çıxarılması üçün görülən tədbirlər adekvatdır.

 

Tarix
17 Oktyabr 2014 [14:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin