Ana səhifə
21 Sentyabr 2018

Qəzada yaralanan jurnalist əməliyyata hazırlanır - AÇIQLAMA

Nihad Cəbrayıl burun sümüklərində sınıqlar aşkar olunduğu üçün əməliyyat olunacaq

 

 

Dünən gecə baş vermiş yol qəzasında ağır yaralanan jurnalist Nahid Cəbrayılın vəziyyəti yaxşıdır. Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, xəstə hazırda üz-çənə cərrahiyyəsi şöbəsində əməliyyata hazırlanır. O, burun sümüklərində sınıqlar aşkar olunduğu üçün əməliyyat olunacaq. Xəstəxanadan N.Cəbrayılın qabırğalarında da sınaqların olduğunu bildiriblər.

Qeyd edək ki, bu gecə Binəqədi rayonu ərazisində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Jeep” markalı  və “NazLifan” markalı avtomobillər toqquşub. Güclü zərbədən aşan “Jeep” markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım cəlb olunub. “Jeep” markalı avtomobildə başlayan yanğın tez bir zamanda söndürülüb. Məlumata görə, qəza nəticəsində “Naz Lifan” markalı avtomobildə olan qadın sərnişin hadisə yerində ölüb. Xilasedicilər xüsusi avadanlıqlar vasitəsi ilə qadının cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

Xəsarət alanlardan biri axar.az saytının əməkdaşı Nahid Cəbrayıldır. O, yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır.

 

Tarix
17 Oktyabr 2014 [14:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin