Bakıda maşın qaçıran şəxs aeroportda tutuldu

12:18 - 22 Yanvar 2022 - HADİSƏ

Bakıda avtomobil oğurlayan şəxs Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yanvarın 21-də saat 23 radələrində M. Həsənov küçəsindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S. Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti