Türk müğənni Üzeyirin mahnısını oxudu - VİDEO

21:35 - 21 Yanvar 2022 - MAQAZİN

Türkiyəli müğənni Sevcan Dalkıran Üzeyir Mehdizadənin mahnısını oxuyub.

Ucnoqta.az Olay-a istinadən xəbər verir ki, o, dörd il əvvəl Üzeyirlə birgə səsləndirdiyi "Ay balam" mahnısının akustik versiyasını ifa edib.

Sevcan bu mahnı üçün kamera qarşısına da keçib. Klipi isə öz "YouTube" kanalda yayımlayıb. Qısa müddətdə bu ifa sosial şəbəkələrdə gündəm olub. Onu Üzeyirlə müqayisə edənlər də var, hər iki ifanı bəyənənlər də...

Qeyd edək ki, mahnının sözləri Erkan Çelikə, musiqisi Üzeyir Mehdizadəyə məxsusdur.

Xəbər xətti