Sabah hava necə olacaq? - PROQNOZ

Yanvarın 22-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 5-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 6-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 0-5° isti olacaq.

Tarix
21 Yanvar 2022 [12:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-21 12:56:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin