Ana səhifə
20 Sentyabr 2018

Leyla Yunusun elmi işi oğurluq çıxdı, alimlik dərəcəsi ləğv edilir

“Leyla Yunusun doktorluq dissertasiyasının ləğv edilməsi məsələsi AMEA Tarix İnstitutunda müzakirə edilir. Müvafiq müraciət yaxın günlərdə Prezident yanında Ali Attestasiya Komissiyasına göndəriləcək”.

Ucnoqta.az haqqin.az saytına istinadən xəbər verir ki, bunu AMEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.

C.Bəhramov əlavə edib ki, L.Yunusun dissertasiyası “həyasız elmi plagiat (oğurluq)” nümunəsidir.

“Mənə dəqiq məlumdur ki, Leyla Yunus iki rusiyalı alimin elmi əsərlərini həyasızcasına köçürərək həmin fikirləri öz adına çıxıb. Ona görə də tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi Leyla Yunusa qanunsuz şəkildə verilib. Biz onun elmi dərəcədən məhrum olunmasını tələb edəcəyik. Başqalarının elmi fikir və ideyalarını həyasızcasına oğurlayıb öz adına çıxan adamlardan elmə heç bir fayda gələ bilməz” - deyə C.Bəhramov əlavə edib.

 

Tarix
17 Oktyabr 2014 [14:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin