Ərdoğan bu tarixdə Ukraynaya səfər edəcək

00:16 - 20 Yanvar 2022 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri fevralın 3-də gözlənilir.

Fevralın 3-də həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın R.T.Ərdoğanın yaxın vaxtlarda Ukraynaya səfər edəcəyini bildirib.

Onun sözlərinə görə, səfər zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş planlaşdırılır.

Xəbər xətti