“Brent” markalı neftin qiyməti 87 dolları keçdi

11:24 - 18 Yanvar 2022 - İQTİSADİYYAT

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.

WTI markalı neftin fevral fyuçersləri 1,3 % bahalaşaraq bir bareli 84,38 ABŞ dolları olub.

“Brent” markalı neftin mart fyuçersləri 0,84 % bahalaşaraq 2014-cü ilin oktyabrından bu yana ilk dəfə 87 dolları ötərək bir bareli 87,31 ABŞ dolları təşkil edib.

Xəbər xətti