Bərdədə çayxana sahibi həbs olundu

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən çayxana müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən çayxananın gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyektin sahibi Ələsgər Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
17 Yanvar 2022 [13:51]
Müəllif
Üç nöqtə
2022-01-17 13:51:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin