Goranboyun bir neçə kəndi işıqsız qaldı

Goranboy rayonunun bəzi kəndlərində bir müddətdir, elektrik enerjisinin verilməsində fasilə yaranıb. Ucnoqta.az Report-a istinadla xəbər verir ki, rayonun Boluslu, Məşədiqaralar, Eyvazlı və Nərimanlı kəndinin bir hissəsi işıqsız qalıb. Sakinlər bildirib ki, bu kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr tez-tez yaranır. "Demək olar ki, hər gün bu xətt üzərində olan kəndlərdə elektrik enerjisi kəsilir. Maraqlananda deyirlər ki, ya külək xətti sıradan çıxarıb ya da elektrik xətləri bir-birinə toxunub və qısaqapanma yaranıb. Həmin xətləri təmir edib istifadəyə verirlər, lakin yenə qırılır və ya külək əsən kimi yenidən işıqlar sönür. Bəzən hətta hava küləkli olmayanda da elektrik enerjisinin verilməsində fasilə yaranır. Bununla bağlı dəfələrlə şikayətçi olmuşuq, xeyri yoxdur", - sakinlər bildirib. Məsələ ilə bağlı bildirilib ki, həmin kəndləri elektriklə təmin edən xətdə qısaqapanma yaranıb, hazırda problemin aradan qaldırılması istiqamətində əməkdaşlar tərəfindən işlər aparılır. Təmir işləri başa çatan kimi, elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Tarix
16 Yanvar 2022 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-16 18:15:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin