Gürcüstanda COVID-19-dan daha 24 nəfər ölüb

15:01 - 16 Yanvar 2022 - DÜNYA

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 504 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 995 687, ölənlərin sayı isə 14 449 nəfərə çatıb. Virusa yoluxanlardan 928 441 nəfərin sağaldığı bildirilib.

Xəbər xətti