İlham Əliyev Zelenskini Azərbaycana səfərə dəvət etdi

17:40 - 14 Yanvar 2022 - Xəbər

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə V.Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - Azərbaycan lideri bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

Xəbər xətti