Ana səhifə
13 Noyabr 2018

Beynəlxalq aləmdə Azərbaycan elminin artan nüfuzunun yeni təsdiqi - FOTOLAR

Avropa və dünyanın aparıcı elm və təhsil mərkəzlərindən olan Oksford şəhərində “Elm və təhsil. İnkişafın innovativ modelləri” mövzusunda beynəlxalq konfrans və Oksford Akademiya İttifaqının təsis yığıncağı keçirilib.

 

Bu nüfuzlu beynəlxalq tədbirlərdə ölkəmizi AMEA-nın  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov təmsil edib.

 

Böyük Britaniyanın bir sıra aparıcı universitet və elmi-tədqiqat müəssisələrinin, ABŞ, Kanada, İtaliya, Hindistan, Rusiya, Türkiyə, İspaniya, Rumıniya, Bolqarıstan, Slovakiya və digər ölkələrin elm və təhsil sahəsində çalışan aparıcı mütəxəssislərinin qatıldığı konfransda 50-yə yaxın məruzə dinlənilib. Qaldırılan məsələlər ətrafında geniş fikir mübadilələri aparılıb.

 

Son illərdə Avropa Şurasında təhsil problemləri ilə əlaqədar bir neçə mühüm məruzələr hazırlamış akademik Rafael Hüseynov konfransda böyük maraqla qarşılanan “Avropada elm və təhsilin inteqrasiyasının problemləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

 

“Elm və təhsil liderlərinin zirvə toplantısı çərçivəsində təşkil olunmuş konfrans əsnasında Oksford Akademiya İttifaqının təsis edilməsi ilə əlaqədar memorandumun imzalanması mərasimi keçirilib. Memorandumu imzalamağa dəvət edilənlərdən biri də azərbaycanlı alim Rafael Hüseynov olub. Əvvəllər Avropa Rektorlar Klubu kimi fəaliyyət göstərən beynəlxalq qurum memorandumun imzalanması və sammitdə təsdiqindən sonra çərçivələrini və tərkibini genişləndirərək Oksford Akademiya İttifaqına çevrilib.

 

Elm və Təhsil Liderləri Klubunun prezidenti, professor Pol Briqs və Avropa Biznes Assambleyasının prezidenti, prosessor Con Nettinq təntənəli mərasimdə çıxış edərək akademik Rafael Hüseynovun elmi fəaliyyəti haqqında yüksək fikirlər söyləyib, onun yeni təsis edilən akademiyanın üzvü seçilməsini təklif ediblər.

 

Oksford Akademiya İttifaqına üzv qəbul edilən azərbaycanlı alimə akademiyanın sertifikatı, döş nişanı və akademiya üzvünə məxsus xüsusi fərdi möhür təqdim edilib. Akademik Rafael Hüseynov, eyni zamanda, Oksford Akademiya İttifaqının xarici dillər və filologiya, həmçinin fəlsəfə və din komitələri üzrə ekspertlər qrupuna daxil edilib. Həmin sahələr üzrə gələcəkdə akademiyaya yeni üzvlərin qəbulu və ayrı-ayrı tədqiqatların dəyərləndirilməsi bu komitəyə daxil olan ekspertlər tərəfindən gerçəkləşdiriləcəkdir.

 

Akademik Rafael Hüseynovun belə bir nüfuzlu beynəlxalq quruma üzv seçilməsi Azərbaycan elmi və aliminin dünyada artan nüfuzunun daha bir təsdiqidir. 

Tarix
17 Oktyabr 2014 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin