Ana səhifə
18 Noyabr 2018

Regionların hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir

Kimya sənayesinin məhsulları keyfiyyəti ilə seçilir

 

Hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir.  “Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması-bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”,- Azərbaycan Prezidenti İlham Əliyev deyib.  Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyev bölgələrin malik olduğu potensialdan səmərəli istifadə edilməsinin vacib olduğunu vurğulayıb. Ölkəmiz uğurlu sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində inkişafın elə bir səviyyəsindədir ki, qazanılan uğurlar bu sahəyə diqqətin artırılmasını daha da aktuallaşdırır. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Bu baxımdan regionlarda kimya sənayesinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan kimyaçıları son illərdə göstərilən diqqət və qayğıya cavab olaraq əmək məhsuldarlığını da əhəmiyyətli dərəcədə artırıb. Artıq bir işçiyə düşən məhsul istehsalının həcmi rekord səviyyədə-2,57 dəfə artıb. Bununla yanaşı, xammaldan, enerjidaşıyıcılarından qənaətlə istifadə etmə nəticəsində 1 manatlıq məhsul istehsalına çəkilən xərcin 109,8  qəpikdən 79,2 qəpiyə salınması (30,6 qəpik fərqlə) şirkətin ümumi əməkhaqqı fondu 2,2 dəfə, müvafiq olaraq isə kimyaçıların orta aylıq əməkhaqqı 2,5 dəfə artıb.

Əldə olunmuş uğurlarda əmək və texnoloji intizamın yüksəlməsi, kimyaçıların əzmkarlığı ilə yanaşı, iş şəraitinin yaxşılaşdırılması, hər bir işçinin sağlamlığının qorunması və istehsalat təhlükəsizliyinin təmin edilməsi istiqamətində “Azərkimya” Dövlət Şirkəti üzrə görülən tədbirlərin formal yox, real olmaqla daha ciddi və müntəzəm xarakter alması mühüm rol oynayır. Çünki kimya müəssisələri təhlükə ehtimalının nisbətən daha çox olduğu obyektlərdir. Bu səbəbdən də Şirkət üzrə və müəssisələrdə keçirilən müşavirələrdə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi məsələləri geniş və ciddi şəkildə müzakirə olunur, əməkçilərə sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına yönəldilmiş tədbirlər həyata keçirilir.

Dövlətin diqqəti və qayğısı qlobal maliyyə böhranının kimya sənayesinə təsirini minimal həddə endirib. Həyata keçirdiyi bir sıra strateji xarakterli tədbirlərin nəticəsi olaraq Azərbaycanın bir çox sənaye sahələrində olduğu kimi, kimya və neft-kimya sənayesində də yalnız inkişaf müşahidə olunur və ölkədə qeyri-neft sektorunun inkişafı qlobal maliyyə böhranının böyük sənaye komplekslərindən yan keçməsinə zəmin yaradıb.

Dünyanın bir çox dünya ölkələrinin nüfuzlu şirkət və firmalarını, sənaye və kənd təsərrüfatını az qala iflic vəziyyətinə salmış maliyyə böhranı Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin, həmçinin, kimya kompleksinin fəaliyyətinə müəyyən təsir göstərsə də, bütövlükdə müəssisələrin iş rejiminə ciddi təsir etmədi. Bu gün onlarla adda və çox qiymətli, yüksək keyfiyyətli kimyəvi məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə ölkəmizin kimya sənayesi məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı, lider dövlətlərindən birinə çevriləcəyini proqnozlaşdırmağa imkan verir. “Azərkimya” Dövlət Şirkəti müəssisələrinin istehsal etdiyi onlarla qiymətli kimya və neft-kimya məhsulları dünyanın ən qabaqcıl və yüksək inkişaf etmiş ölkələrinin nüfuzlu firma və şirkətləri tərəfindən yüksək tələbatla alınır. Şirkətin ən qiymətli və yüksək keyfiyyətə malik məhsullarına-yüksək təzyiqli polietilenə və mütləqləşdirilmiş izopropil spirtinə (MİPS) olan tələbat böyük olduğundan onların sifarişləri üzrə ən azı yarım il qabaqcadan müraciətlər daxil olur. Bu da onunla bağlıdır ki, həmin məhsullar öz keyfiyyətinə görə digər xarici ölkə müəssisələrinin məhsullarından xeyli üstündür. Bu, bütün dünya Miqyasında keyfiyyətə nəzarət edən beynəlxalq assosiasiyalar tərəfindən də rəsmi olaraq təsdiqlənib. Məsələn, “Sintezkauçuk” zavodunda istehsal edilən MİPS-in keyfiyyət göstəricisi 99,99-a bərabərdir ki, bu da dünyada həmin məhsulun istehsalçısı olan firmalar arasında ən yüksək nəticədir. Buna görə də, onun potensial alıcıları həmin məhsulu məsafə baxımından özlərinə daha yaxın və Avropa Birliyinə daxil olan qonşu ölkələrdən deyil, qat-qat uzaq olan Azərbaycandan almağa üstünlük verirlər. Və bu da təsadüfi deyil ki, məhz Azərbaycan istehsalı olan MİPS onun istehsalçısı olan firma və müəssisələr arasında öz yüksək keyfiyyət göstəricilərinə görə beynəlxalq qurumlar tərəfindən “Arka Avropa” qızıl mükafatına layiq görülüb. Bununla yanaşı, ötən il “üzvi sintez” zavodu Beynəlxalq Kommersiya Rəhbərləri Klubunun (Madrid) qərarı ilə “Texnologiya və keyfiyyətə görə” beynəlxalq mükafatına, bütünlükdə isə “Azərkimya” Dövlət Şirkəti Beynəlxalq İdarəetmə və Məsləhətləşmə Assosiasiyasının (Fransa) qərarı ilə “Keyfiyyət və biznes prestijinə görə” Qızıl mükafata layiq görülüb.

Ekologiyanın qorunması sənaye sahəsinin inkişafında ən mühüm amillərdəndir

“Azərkimya” müəssisələrində istehsal həcminin artırılması, alınan məhsulların keyfiyyətinin durmadan yaxşılaşdırılması ilə yanaşı, ekologiyanın yaxşılaşdırılması, ətraf mühitin-atmosferin və biosferin qorunması məsələlərinə də ciddi fikir verilir. Ölkəmizdə iqtisadiyyatımızın bütün sahələrində aparılan köklü islahatların nəticələrindən biri kimi beynəlxalq standartlara uyğun olan, “Təxirəsalınmaz Ekoloji İnvestisiyalar” layihəsi üzrə xüsusi Təhlükəli tullantılar poliqonunun tikintisi başa çatdıqdan sonra civə çöküntülü dəmir-beton konstruksiyalar Almaniya firması tərəfindən təmizlənib poliqona daşınıb.

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il Azərbaycan Respublikasında “Ekologiya ili” elan olunub. “Azərkimya” Dövlət Şirkəti də ölkəmizdə ekologiyanın qorunmasına kompleks töhfəsini verir. Prezident İlham Əliyevin xüsusi qayğısı və diqqəti Şirkətin müəssisələrində yenidənqurma işlərinin aparılmasına zəmin yaradıb və müəssisələrdə artıq ekoloji cəhətdən təmizliyə riayət olunması əsas götürülür. Belə mühüm tədbirlərdən biri xlor və kaustik soda istehsalatında əsas xammal kimi istifadə olunan Türkmənistan duzunun Artyom (Ukrayna) duzu ilə əvəz edilməsidir ki, bu da xammalın sərf normasının və civə tərkibli tullantının azalmasına imkan verib. Civə ilə çirklənmiş axıntı sularının xüsusi qapalı sisteminin yaradılması isə ümumi zavod kanalizasiyasına civə və civə birləşmələrinin düşməsinin qarşısını birdəfəlik olaraq alıb. Bununla yanaşı, şəhərin bütün müəssisələrindən və kommunal təsərrüfatından qəbul olunan məişət və kimyəvi tullantı sularının mexaniki, bioloji və kimyəvi üsulla təmizlənib, dənizə axıdılması üçün nəzərdə tutulan sutəmizləyici qurğular sexi də təmir və bərpa olunub. Əhəng südü sexində sobalardan çıxan qazların tərkibində olan tozların tutulması üçün sistemə qoşulmuş siklonların, transformator yağlarının qurudulması üçün nəzərdə tutulmuş yeni qurğunun sayəsində həmin ərazidə ətraf mühitin təmizliyi artırılıb.

Kimyaçılarımız ekoloji təmizliyin və sağlamlığın qorunub-saxlanılmasında müstəsna əhəmiyyətə malik olan yaşıllıqların salınmasına və onların artırılmasına son illər xüsusi diqqət yetirirlər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”da nəzərdə tutulduğu kimi, sürüşmə ehtimalı olan zonalarda torpaqların erroziyasının qarşısının alınması üçün meşə zolaqlarının, yaşıllıqların salınmasının vacibliyi nəzərə alınaraq, kimya müəssisələrinin daxili və ətraf ərazilərində bu baxımdan genişmiqyaslı işlər görülüb və bu iş artıq daimi xarakter alıb. Bu günədək zavoddaxili və zavodlarətrafı 22 hektar ərazidə 42 mindən artıq müxtəlif ağac əkilib onların vaxtaşırı suvarılması üçün həmin ərazilərə 16680 p/m su xətti çəkilib.

Azərbaycan kimyaçıları hər zaman yeniliklərin axtarışındadır

Dünya bazarında kimya məhsullarına və onların keyfiyyətinə, texniki göstəricilərinə tələbatın gündən-günə artması “Azərkimya” Dövlət Şirkətini texniki yaradıcılıq səylərini səfərbərliyə almağa, dünya miqyasında istehsalına ehtiyacın xüsusilə yüksək olduğu yeni növ kimyəvi məhsulların alınması üçün müasir tələblərə cavab verə bilən yüksək məhsuldarlıq, iqtisadi və ekoloji cəhətdən sərfəli olan texnologiyaların tətbiqinə nail olmağa sövq edir.

Bu məqsədlə son zamanlar Şirkətdə çalışan alim və mütəxəssislərin birgə səyi ilə ciddi və gərgin texniki yaradıcılıq axtarışları aparılır. Və bu zaman xüsusi olaraq respublikamızın zəngin karbohidrogen ehtiyatlarından, həmçinin, Şirkətin mövcud istehsalat sahələrində buraxılan məhsul və yarımfabrikatlardan istifadə edilməsi, son, hazır məhsul alınması prinsipi əsas götürülür. Yüksək keyfiyyətli son məhsulun geniş həcmdə istehsalına nail olunması üçün hazırda dünyanın ən müasir kimya kompleksləri və avadanlıqları üzrə ixtisaslaşmış bir çox aparıcı və nüfuzlu firmalara məxsus texnologiyalar öyrənilir.

(ardı var)

Tarix
17 Mart 2015 [11:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin