Ana səhifə
20 Sentyabr 2018

3 maşın toqquşub, yaralılar var - Azərbaycanda

Ucar rayonunda 3 maşınının iştirakı ilə yol qəzası baş verib

 

Ucnoqta.azxəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində Bakı - Qazax əsas magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

39-BC-069 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşını əvvəlcə 20-DA-790 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobilə, daha sonra isə 90-JV-198 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınına çırpılıb. Zərbənin gücündən “Mercedes Vito” markalı maşın aşaraq, əsas magistral yolda hərəkəti nisbətən məhdudlaşdırıb. Hadisə zamanı “Ford Transit” markalı yük maşınının sürücüsü, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Cabbarov Razi Vaqif oğlu və “Mercedes Vito”da olan sərnişini, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Rəhimov Əli Bəxtiyar oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin baş vermə səbəbləri Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırılır.(Hafta.az)

 

Tarix
17 Oktyabr 2014 [14:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin