Ana səhifə
20 May 2018

“Model olmaq üçün dəmir əsəblərə sahib olmalısan” - FOTOSESSİYA

 “Modeləm deyəndə çox adam öz dünyasında başqa şeyldər fikirləşir”

 

Nani Səfərova: “Model olmaq şərt deyil, insan cəmiyyətdə öz yerini tutmaq üçün təhsilli, dünyagörüşlü olmalıdır”

 

Azərbaycanda model olmaq və bu sahədə çalışmaq istəyənlər çox olsa da, uğur əldə edənlər o qədər də çox deyil. Uğur əldə edənlər isə ölkəmizi xarcidə təmsil etmək şərəfinə nail olurlar. Nani Səfərova da “Miss Maxim of Europe 2014”-də birinci yerə çıxaraq Azərbaycana qələbə gətirdi. O həm də “Miss Mobydick 2014” nominasiyasının da qalibi olub. Lakin bununla bərabər N.Səfərova həm də filologiya ixtisası üzrə təhsil alır. O vaxtının daha çox hissəsini təhsilə həsr edir. Müsahibim olan Nani deyir ki, təhsilsiz o özünü cəmiyyətdə heç hesab edər. Buna görə də əsas vaxtını dərslərinə həsr etməyə çalışır.

 

 

- Necə oldu ki, model olmağa qərar verdiz?

- 4 ildir modelliklə məşğulam. Birinci dəfə 16 yaşımda İsa Aydınla işləmişəm. 4 reklam çəkilişimiz oldu. Daha sonra universitetə hazırlaşırdığım üçün vaxtımı dərslərə həsr etməyə başladım. Modelliklə məşğul olmurdum. Sonra təsadüfən rəfiqəmlə “Miss Azərbaycan” yarışmasının seçimlərinə getdim. Orada baş direktor mənə dedi: «Seçimə gəlmisən, bəs niyə paltarını geyinməmisən?» Mən, seçimlərə gəlmədiyimi bildirdim. Amma baş direktor mənim yarışmada iştirak etməyimi istəyirdi. «Əgər maraqlı olsa biz səni birbaşa kastinqsiz götürərik, paltar və.s şeylər lazım deyil»,- o dedi. Mən də razılaşdım. “Miss Azərbaycan”a qatıldım və finala düşdüm. Daha sonra modellik fəaliyyəti ilə məşğul olmağa başladım. Hazırda AES Group Event Model Booking şirkətində çalışıram.

 

 

- Azərbaycanda adətən qız model olmaq istəyəndə ailədən mane olurlar. Sizə ailədən mane olan olmadı?

- Mənim atam həmişə deyir ki, öz işini özün seç, amma adımıza söz-söhbət çıxcmasın. Ona görə də diqqətli oluram, açıq-saçıq  fotosessiyalarda çəkilmirəm. Qeyd edim ki, anam Türkiyədə həvəskar modelliklə məşğul olub, jurnallar üçün bir neçə dəfə fotosessiya etdirib. Ona görə də, «əgər sənin bu işdən xoşun gəlirsə, işləyə bilərsən» dedi.

 

 

- Bu işin marağı nədir?

- Kamera qarşısında duranda özümü gözəl hiss edirəm. Hiss edirəm ki, mən gözələm. Model işi mənim çox xoşuma gəlir. Sonra şəkillərə baxıram, paylaşıram. Bu hobbi deyil, mənim işimdir. Kimsə aktyordursa, mühasibdirsə, mən də modeləm.

 

 

- Seriallarda, filmlərdə baş rol üçün gözəl xanım tələb olunur. Bəzən rejissorlar baş rol üçün modellərə üz tuturlar. Sizə belə təkliflər gəlibmi?

- Türkiyədən belə bir təklif gəlmişdi. Məni mənfi bir rola çəkmək istəyirdilər. Nəsə alınmadı. Seriallar, filmlər mənə maraqlı deyil.

 

 

- Niyə?

- Əvvəllər maraqlı idi. Amma Azərbaycan seriallarına baxıram və marağım ölür. Bir çox modellərimiz seriallara çəkilirlər, amma mən çəkilmərəm. Bu yaxınlarda da təklif gəlmişdi, imtina etdim. Rolu canlandırmaq üçün gərək o işə canımı qoyum, amma mən bunu istəmirəm. Modellik mənim üçün daha maraqlıdı.

 

 

- Modelliyin çətinlikləri yoxdur?

- Çətinliyi ancaq şəxsi həyatımla bağlı ola bilər. Mən vaxtımı, ürəyimi öz işimə qoymuşam. Çətinlik əsasən yeni işə başlayan vaxtlar olur. Amma bir müddət çalışıb, tanındıqdan sonra işləmək o qədər də çətin olmur.

 

 

- Razılaşarsınız ki, cəmiyyətimizdə modelə o qədər də normal münasibət yoxdur...

- Azərbaycanda modellik sənəti hələ indi inkişaf edir. Boyu, bədən quruluşu modellik üçün uyğun olmayan, amma bir-iki fotosessiyada çəkilən deyir ki, mən modeləm. Bu düzgün deyil. Professional model olmaq üçün bir çox mərhələlərdən keçmək lazımdır. Heç vaxt həyatda demirəm ki, modeləm. Kim tanıyırsa, tanıyır. Modeləm deyəndə çox adam öz dünyasında başqa nələrsə fikirləşir. Ona görə də, heç vaxt modeləm sözünü demirəm.

 

 

- Bu münasibəti kimlər formalaşdırıb?

- Məndən öncə bu sahədə çalışan insanlar yəqin ki, cəmiyyətdə belə bir fikrin yaranmasına yol açıblar. Çünki əvvəllər də model agentliyi deyiləndə cəmiyyətdə normal olmayan münasibət görürdüm. Guya agentlik direktoru qızları pis yollara yönəldir. 3 ildir professional olaraq bu sahədəyəm və bir dəfə də olsun belə bir halla qarşılaşmamışam. Gözəl bir qız modeldirsə, bu o demək deyil ki, o pis işlərlə məşğuldur.

 

 

- Bu münasibət səni bu sənətə gəlməyə çəkindirməyib...

- Model olmaq üçün dəmir əsəblərə sahib olmalısan. Sarı mətbuatda yalan məlumatları, istədiklərini yazırlar. Onların yazdıqları xəbərlər bir yana qalsın, yazıya gələn şərhlər də çox pis olur. Bunlara dözmək üçün dəmir əsəblər lazımdır. Mən artıq buk imi xəbərlərə fikir verməməyə öyrəşmişəm. Birinci dəfə müsahibəm saytda çıxanda altından o qədər pis şərhlərr yazmışdılar ki, onları axıradək oxumağa əsəblərim dözmədi. Həmin vaxt 18 yaşım var idi. Saytdakı xəbərlərdən birinin altında oxudum ki, mənim kimi qadınlar kişiləri ailələrindən aparırlar. Mən bu fikirlə heç cür razı deyiləm və kiminsə ailəsini dağıtmaq heç ağlımından belə keçmir. Bu cür böhtanlar insanın qəlbini sındırır. Model rəfiqələrim çoxdur və onlarda da belə bir niyyətin olmasını müşahidə etməmişəm. Əslində mən adi həyatda belə açıq-saçıq geyinmirəm. Geyimdə ilk növbədə rahatlığa üstünlük verirəm. Fotosessiyalarda mini yubka, qısa koftalar geyinə bilərəm. Çünki bu mənim işimdir. Bu geyim mənim haqqımda cəmiyyətə nəsə deməməlidir. Həyatda tamam başqayam. Mənə özündənrazı deyirlər. «Dodaqların silikondur, belin incə olsun deyə qabırğalarını çıxartdırmısan» deyirlər. Bunlar yalandır. Bircə burnumda əməliyyat etdirmişəm. Bu da əsasən sağlamlığımla bağlı olub.

 

 

- Eyni çəkidə qalmağı necə bacarırsız?

- Əslində kökəlmək problemim yoxdur. Gündə 5-6 dəfə yemək yeyə bilərəm. Heç nədən özümü məhrum etmirəm. Bəzi modellər formada qalmaq üçün demək olar ki, heç nə yemirlər. Amma insan sağlamlığına da önəm verməlidir. Ac qalmaq lazım deyil. Əgər kökəlməyə meyllilik varsa, bunu idmanla da aradan qaldıra bilərlər. Amma tamamilə özünü qidalardan məhrum etmək düzgün deyil. Mənim çəkim 46 kiloqramdır. Maksimum 1 kilo arıqlaya-kökələ bilərəm. İşə görə insan öz sağlamlığını qurban verməməlidir. 30 yaşa qədər bu işlə məşğul olacaqsan, ondan sonranı da düşünmək lazımdır.

 

 

- Bəs sən 30 yaşdan sonra hansı işlə məşğul olacaqsan?

- Mənim tanıdığım bir çox modellər var ki, müəyyən yaşı keçdikdən sonra vizajist, stilist və s sahələri seçiblər. Mənim isə onlara marağım yoxdur. Çox sevdiyim filologiya fakultəsində təhsil alıram və gələcəkdə öz sahəm üzrə çalışacam.

 

 

- Təhsilə vaxt ayıra bilirsən?

- Təhsil mənim üçün birincidir və əsas vaxtımı təhsilimə ayırıram. Vaxtım yoxdursa, dərslərim çoxdursa, fotosessiyanı təxirə salıram. Fotosessiya gözləyə bilər.

 

 

- Dünyada modellərin gəlirləri çox yüksək olur. Amma Azərbaycanda belə bir gəlir təbii ki yoxdur. Gəlirin səni qane edir?

- Azərbaycanda o qədər gəlir yoxdur. Amma mən öz gəlirimdən şikayətçi də deyiləm. Ola bilsin ki, indii qazandıqlarım gələcəkdə məni qane etməyəcək. Amma hazırda qane edir. Mən Azərbaycanı Türkiyədə keçirilən müsabiqədə təmsil etmişdim. Orada 23 ölkədən olan modellər iştirak edirdi. Biz söhbət edirdik və məlum oldu ki, modellikdən ən az gəlir Azərbaycandadır. Çünki həmin ölkələrdə model lazımdırsa, professionala müraciət edirlər. Amma bizdə elə deyil. Qəşəng qız olsun, üzü gözəl olsun və model olub-olmamağının fərqi yoxdur, onu çəkirlər.

 

 

- Modellərin ailə qurması da asan olmur. Evlilik təklifləri olubmu?

- Bəli, olur. Amma evdən hələ ki ailə qurmağıma razı deyillər. Mən təhsil alıb, diplom əldə etməliyəm. Hələ ailə haqda düşünmürəm. Şəxsi həyatımda heç kim yoxdur. Bəlkə də kimisə sevsəydim ailə qurmaq haqda düşünərdim. Amma indii belə bir fikrim yoxdur. Təhsilsiz insan heç kimə lazım deyil. Model olmaq şərt deyil, insan cəmiyyətdə öz yerini tutmaq üçün təhsilli, dünyagörüşlü olmalıdır. İnsan ömür boyu öyrənməlidir.

 

 

- Boş vaxtlarını necə dəyərləndirirsən?

- Boş vaxt məndə iki gün olur, onu da yatmaqla keçirirəm. Çünki başqa günlərdə başım o qədər qarışıq olur ki, yata bilmirəm. Bakıda çox gözəl məkanlar açılır, dərslərə görə açılışlara vaxt edib gedə bilmirəm. Yalnız istirahət günlərində dostlarımla ora gedə bilərəm.

 

 

Aygün Asimqızı

 

 

FOTO  Xəyal

Tarix
17 Oktyabr 2014 [13:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin