Ana səhifə
20 Sentyabr 2018

`Tapşırıq verdim, bütün saytları yoxladılar` - Oqtay Əsədov

Avropa Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə dostluq qrupu yaradılmasına dair qərar qəbul edilməsi barədə yayılan məlumatlar tamamilə yalandır.

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.

Spiker bildirib: “Mən tapşırıq verdim, bütün saytları yoxladılar, Avropa saytlarında rəsmi olaraq belə bir qərar yayımlanmayıb”.

O.Əsədov qeyd edib ki, bununla bağlı məlumatı yalnız erməni saytları yayır.

Spiker əlavə edib ki, hazırda dünyada ədalət prinsipi yoxdur: “Biz artıq görürük ki, dünyada ədalət prinsipi yoxdur, hansı böyük gücə, hansı böyük qüvvəyə nə əl verir, onu edir. Dağlıq Qarabağ məsələsi də hər dəfə bir qurum, bir dövlət tərəfindən oyuncaq kimi istifadə edilir. Biz buna da hazır olmalıyıq. Ancaq biz də bu məsələdə daha aktiv olmalıyıq. Dağlıq Qarabağın azərbaycanlı icması da bu işdə xüsusən fəal olmalıdır”.

 

Tarix
17 Oktyabr 2014 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin