Ana səhifə
16 Noyabr 2018

İŞİD Türkiyəyə çatır

Ucnoqta.az xəbər verir ki, Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD silahlıları ilə Peşmərgə - kürd qüvvələri arasında döyüşlər davam edir. Ans-in məlumatına görə, İŞİD terrorçuları Mürşidpınar sərhəd keçid məntəqəsini ələ keçirməyə çalışıblar. Strateji məntəqə uğrunda uzun müddətdir ki, döyüşlər gedir. Mürşidpınar təpəliyini ələ keçirəcəyi təqdirdə İŞİD-in Türkiyəyə doğru hərəkət etməsinə heç nə əngəl ola bilməz. İŞİD ona görə hücumlarının şiddətini artırıb. Döyüş zamanı Türkiyənin Şanlıurfa vilayətinə növbəti dəfə top mərmisi düşüb. Mərmi anbara tuş gəlib. İnsan itkisi olmayıb.

Döyüşlərin şiddətlənməsi ilə əlaqədar koalisiyası qüvvələri İŞİD-in bir neçə mövqeyinə aviazərbələr endirib. Kobani uğrunda artıq 32 gündür ki, döyüşlər gedir. Pentaqon Kobaninin işğalını qaçılmaz hesab edir.

Tarix
17 Oktyabr 2014 [13:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin