Ana səhifə
23 Sentyabr 2018

Kimya sənayesi regionlarda xüsusilə inkişaf edib

O regionların iqtisadi potensialında önəmli rol oynayır

 

Qeyri-neft sənayesinin daha yüksək inkişafının təmin olunması qarşıda duran ən mühüm mçəsələlərdən biridlir. Onun inkişaf etdirilməsi Azərbaycan regionlarının iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması istiqamətində yürüdülən siyasətin əsas prioritetidir. Bu məqsədlə həyata keçirilən şaxələndirmə tədbirləri investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, rəqabətqabiliyyətli sahələrin müəyyənləşdirilməsi, eləcə də xarici ticarətin strukturunun dəyiş¬dirilməsi ilə paralel aparılır. Qeyri-neft sahələrinin daha da inkişaf etdirilməsi məqsədilə istehsalın stimullaşdırılmasına dövlət dəstəyi gücləndirilir, özəl sektorun iştirakı ilə son məhsul istehsalına qədər texnoloji zəncir qurulur, qeyri-neft sənayesinin ixrac potensialı artırılır. Yeni sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin əsaslı şəkildə yenidən qurulması, xüsusən yerli təbii resurslara və kənd təsərrüfatı məhsullarına, eləcə də istehsalat və məişət tullantılarının emalına əsaslanan müəssisələrin yaradılması sürətləndirilir. Qeyri-neft sənayesinin inkişafında məhsulların rəqabətqabiliyyətli və ixrac yönümlü olmasının təmin edilməsi məqsədilə milli standartlaşdırma, sertifikatlaşdırma və akkreditasiya sistemlərində sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində tədbirlər həyata keçirilir.

Qeyri-neft sənayesinin əsas sahələrindən biri də kimya sənayeçidir. Bu sənaye sektoru regionlarda xüsusilə inkişaf edib və regionların iqtisadi potensialında önəmli rol oynayır. Onun inkişafı ortamüddətli dövr üzrə həyata keçirilən siyasətin əsas prioritetləri sırasındadır. Çünki kimya sənayesi təsərrüfatın inkişafında mühüm rol oynayan sahələrdən biridir. Mineral gübrələr istehsalı kənd təsərrüfatının intensivləşdirilməsi üçün şərait yaradır. Yəni regionlarda aqrar sektorunun inkişafında əsas rol oynayan amillərdən biridir. Kimya sənayesi əhalinin müxtəlif əşyalara olan tələbatının ödənilməsinə kömək edir, kimyəvi-texnoloji üsulları genişləndirir. Azərbaycanın kimya sənayesi ağır sənaye sahələri arasında istehsal etdiyi məhsulun həcminə görə maşınqayırma və yanacaq-energetika sənayesindən sonra üçüncü yeri tutur.  Xüsusilə regionda Sumqayıt tanınan məşhur kimya sənayesi şəhəridir. Azərbaycanda ilk kimya zavodu 1879-cu ildə Bakıda tikilib. Lakin əsas kimya sənayesi kompleksi müəssisələrinin istifadəyə verilməsi 50-ci illərdən başlayır. Bu müəssisələrdə sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, süni lif, mineral gübrələr, xlor və kaustik soda, yod, sintetik yuyucu vasitələr, dərmanlar və s. istehsal edilir.

Azərbaycanın və Sumqayıtın ən böyük kimya zavodu “Kimyasənaye” istehsalat birliyidir. “Sintetik kauçuk”, “Üzvi sintez”, “Superfosfat” zavodları və “Məişət kimyası” birlikləri, polimer kombinatı əsas kimya sənayesi müəssisələridir. Bütün müəssisələr arasında sıx istehsalat və texnoloji əlaqələrə əsaslanan kooperasiya mövcuddur. “Üzvi sintez” birliyində onlarla müxtəlif adda polimer məhsulları buraxılır. Sintetik kauçuk zavodunda əasən sintetik kauçuk, sintetiketil spirti, etilbenzol və başqa spirtlər istehsal edilir. Son vaxtlar yeni texnologiyanın tətbiqi hesabına qazdan spirt əldə olunur. Sumqayıt polimer tikinti materialları kombinatında qətrandan izolyasiya materialları, linoleum, müxtəlif tikinti və sanitariya texnikası məmulatları istehsal edilir.

Məişət kimyası zavodunda isə xörək duzundan və karbohidrogendən duz turşusu, kimyəvi zəhərləyicilər, sintetik yuyucu maddələr, herbisidlər, kaustik soda, sulfanol hazırlanır.

Qeyd edək ki, kimya sənayesi müəssisələrinin əksəriyyəti yüksək enerji tutumludurlar, onların vahid məhsul istehsalına enerji sərfi xeyli yüksəkdir. Elə kimyəvi məhsullar var ki, onların maya dəyərində elektrik enerjisi və enerjidaşıyıcılarının xüsusi çəkisi, hətta 50 faizdən də çoxdur. Bu məqsədlə də,  bu sektorun müəssisələrinin gələcək ahəngdar fəaliyyəti üçün müstəqil bir istilik-elektrik mərkəzi yaradılıb. Bununla da kimya sənayesinin ahəngdar işləməsi, respublikada neft məhsullarının emal həcminin genişləndirilməsi, Etilen-polietilen zavodunda istehsal olunan və şirkətin digər müəssisələrində xammal kimi istifadə edilən məhsulların maya dəyərinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi, istehsal həcminin artırılması hesabına həmin müəssisələrin səmərəli fəaliyyəti və inkişafı tənzimləndi. Həm EP zavodunda, həm də digər müəssisələrimizdə beynəlxalq standartlara uyğun, rəqabətə davamlı kimya məhsullarının istehsalı və həmin məhsulların dünya bazarına çıxarılaraq, özünə geniş alıcı auditoriyası qazanması üçün əlverişli şərait yarandı. Ən vacibi odur ki, BGK-nin sayəsində bu gün həm Etilen-polietilen zavodunun, həm də digər müəssisələrin - “Sintezkauçuk”, “üzvi sintez” və Səthi aktiv maddələr zavodlarının daha ahəngdar işi təmin edilib.

Dövlətin uğurlu iqtisadi siyasəti nəticəsində strateji sahə olaraq kimya sənayesi yüksək göstəricilər əldə edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev hər sahədə olduğu kimi, kimya sənayesinin inkişafı üzrə də Ulu öndərimizin iqtisadi siyasətini çox böyük uğurla davam etdirir, ölkəmizin bu çətin və mürəkkəb sənayesinin gələcəkdə daha yüksək sürətlə və geniş inkişafına, dünyanın kimya bazarında öz möhkəm yerini tutmasına, iqtisadiyyatımızın güclənməsində rolunun daha da artması üçün mümkün olan maksimum əlverişli şərait yaradılmasına, bu sahənin daha böyük texniki tərəqqisinə nail olmaq üçün daim xüsusi diqqət və qayğı göstərir. Son illərdə kimya müəssisələrinin müxtəlif xammal və enerjidaşıyıcılarla tam və etibarlı təminatı ölkə rəhbərinin kimya sənayesinə mühüm əhəmiyyət verməsinin danılmaz təsdiqidir.

“Azərkimya” Dövlət Şirkətinin tərkibində olan müəssisələr son illərdə məhsul istehsalının həcminin və keyfiyyətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə edib. Bu isə şirkətin dünya bazarında özünə layiq yer tutmasına zəmin yaradıb. Hazırda Şirkətin müəssisələrində müxtəlif markalı və kifayət qədər yüksək keyfiyyətli kimyəvi məhsullar - polietilen, piroliz qətranı, propilen, texniki və mütləqləşdirilmiş izopropil spirti, propilen oksidi, propilenqlikol, müxtəlif markalı poliefirlər, BDF (butilen-divinil fraksiyası), kaustik soda və xlor, texniki sulfat turşusu və s. istehsal olunur ki, onların da müəyyən hissəsi daxili tələbat üçün, böyük əksəriyyəti isə yaxın və uzaq xarici ölkələrə ixrac üçün nəzərdə tutulub. Etilen-polietilen zavodunda istehsal edilən yüksək təzyiqli polietilenə, “Sintezkauçuk” zavodunun qiymətli məhsulu olan mütləqləşdirilmiş izopropil spirtinə - MİPS-ə beynəlxalq bazarda olan tələbat ildən-ilə artır. Kimya müəssisələrinin digər məhsulları da xarici şirkət və firmalar tərəfindən böyük tələbatla və iri həcmdə alınır.

Hazırda “Azərkimya” markalı kimyəvi məhsullar geniş çeşiddə və iri həcmdə dünyanın bir çox qabaqcıl ölkələrinə, o cümlədən, ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Rusiya, Türkiyə, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan, özbəkistan və s. ölkələrə ixrac edilir. Bütün bunlar Heydər Əliyevin doğma xalqı üçün yaratdığı, bugünkü kimya və neft-kimya kompleksinin iftixar doğuran nailiyyətləridir və Azərbaycanın kompleks inkişafının tərkib hissəsidir. Prezident İlham Əliyevin ölkəmizin inkişafındakı müstəsna rolu kimya sənayesinin daha da önə çıxmasına imkan verib. Azərbaycan kimyaçıları da dövlətin onlara göstərdiyi bu qayğını gərgin əmək və məsuliyyətlə qarşılayırlar. 2003-cü illə müqayisədə əmtəəlik məhsul istehsalı həcmi 2,2 dəfədən çox artıb. Həmin dövr ərzində məhsul ixracı 3,6 dəfə artıb ki, bu da respublikaya xarici valyuta axınının ümumi həcmini xeyli artırıb.

(ardı var)

Tarix
16 Mart 2015 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin