XİN Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verdi

23:00 - 1 Yanvar 2022 - SİYASƏT

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ictimai xadim, tanınmış tarixçi və diplomat Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı yayıb.

Ucnoqta.az başsağlığının mətnini təqdim edir:

"Azərbaycan Respublikasının ictimai xadimi, tanınmış tarixçi və diplomat Ramiz Abutalıb oğlu Abutalıbovun dünyasını dəyişməsi ilə bağlı Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı bildiririk. Allah rəhmət eləsin!"

Xəbər xətti