Ana səhifə
19 Sentyabr 2018

“Naxçıvanla bağlı qərar qəbul olunsun” - Siyavuş Novruzov

Milli Məclisin iclasında bəzi deputatlar 18 oktyabr - Müstəqillik Günü ilə bağlı təkliflə çıxış edib.

 

Fərəc Quliyev Azərbaycanın müstəqilliyinə səs vermiş keçmiş deputatların xidmətlərinin nəzərə alınmasını istəyib.

 

Vahid Əhmədov prezident İlham Əliyevin bütün çıxışlarında Azərbaycanın müstəqilliyinin önəmini qeyd etdiyini vurğulayıb: “Bütün xarici dövlətlərin başçıları prezident İlham Əliyevi Müstəqillik Günü ilə bağlı təbrik edirlər. Mən Müstəqillik Gününün qeyri-iş günü olması və silsilə tədbirlərin keçirilməsini təklif edirəm. Müstəqilliyə səs vermiş keçmiş həmkarlarımızın bəzilərinin vəziyyəti ağırdır, mənzilə ehtiyacı olanlar var. O insanlara da kömək edilməsi yaxşı olardı”.

 

Ucnoqta.azxəbər verir ki, YAP icra katibinin müavini Siyavuş Novruzov isə Azərbaycanın üçrəngli bayrağının ilk dəfə Naxçıvanda dalğalandığını bildirib: “Naxçıvan Muxtar Respublikasının 90 illiyi keçiriləcək. Naxçıvan Türkiyə ilə 11 kilometrlik sərhədi çıxmaq şərtilə blokada şəraitindədir. Ermənistanla ən böyük sərhədə malikdir. Leninqrada 4 il mühasirəyə görə “Qəhrəman Şəhər” adı verildi. Naxçıvan isə 20 ildir ki, blokadadır. Milli Məclisdə məsləhətləşib, Naxçıvanla bağlı bir qərar qəbul etməliyik”.

 

Musa Quliyev payız sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrinin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq olaraq məktublar göndərməyi təklif edib: “Xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar. Ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma “soyqrım”ın 100 illiyini qeyd etməyə hazırlaşır. Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis daha çox fəallıq göstərə bilər. Bunun bizə böyük faydası olar”.

 

Fəzail Ağamalı isə İrəvanın Ermənistana verilməsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş qərarın ləğv edilməsini istəyib: “Bununla bağlı Xarici İşlər Nazirliyi nəzdində xüsusi qrup yaradılmalıdır”.

 

Tarix
17 Oktyabr 2014 [13:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin