Ana səhifə
16 Yanvar 2018

Nazirlik müsabiqə elan edir

Bu gün Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və video süjet müsabiqəsinin elan edilməsi ilə bağlı mətbuat konfransı keçirib.

“APA”-nın məlumatına görə müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş kütləyə çatdırmaq, elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaq, yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq, portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə  www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidirlər. Qeydiyyat  noyabrın  10-dək aparılacaq. Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet  təqdim edə bilər. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında çap edilməlidir. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir  KİV-də  nümayiş olunmamalıdır. Video 1 dəqiqədən az, 5 dəqiqədən çox ola bilməz. Məqalə 8000 simvoldan az (2 A4 vərəqi), 14000 simvoldan çox olmamalıdır. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Hər bir məqalə və süjet də  “Elektron hökumət” portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər [email protected] ünvanına göndərilməlidir.

Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” üzrə 1-ci yeri qazananlar 2500 manat, ikinci yeri qazananlar 1500 manat, 3-4-5 yeri qazananlar isə noutbukla mükafatlandırılacaqlar. Bundan başqa, müsabiqədə iştirak edən  hər bir iştirakçıya  e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək.

 

Tarix
3 Oktyabr 2014 [13:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ