Ayfon-15-də SİM-kart olmayacaq

20:34 - 26 Dekabr 2021 - MARAQLI

Əpl hər yeni Ayfon modeli ilə smartfon sənayesində böyük dəyişikliklər yaratmağa davam edir.

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, Əpl şirkətinin budəfəki yeniliyi də gündəm olub.

ABŞ-ın texnologiya nəhəngi Əpl şirkəti 2023-cü ildə satışa çıxarılacaq Ayfon-15 modelinə SİM kart yuvası qoymayacaq. Bunun əvəzinə şirkət öz tarixində ilk dəfə olaraq smartfonda "eSIM" texnologiyasından istifadə edəcək.

2023-cü ildə satışa çıxarılacaq yeni Ayfon-15 modellərinin bir çox xüsusiyyətləri indidən maraqla qarşılanıb.

Başqa bir məlumata görə, yeni qurğular 3 nanometrlik prosessorlara və ekran altında barmaq izi oxuyucuya sahib olacaq.

ESIM nədir?

İnteqrasiyalı SIM və ya eSIM birbaşa cihaza inteqrasiya edilə bilən yeni bir ənənəvi SIM kart formasıdır. Bu, SİM kartı yerləşdirmək üçün xüsusi bir qabdan imtina etməyə imkan verir.

Xəbər xətti