Ana səhifə
26 Sentyabr 2018

Pulla əsgərlikdən yayınmaq olmayacaq

Ucnoqta.az bildirir ki, Türkiyədə hərbi xidmətdən ödənişlə azad olma sistemi ləğv ediləcək. Bunu ölkənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Onun sözlərinə görə, bundan əvvəl Türkiyədə hərbi xidmətdən ödənişlə azad edilmə praktikasının davam etdirilməsi planlaşdırılmışdı: “Hərbi xidmətdən ödənişlə azad edilmə sistemi ədalətsizdir. Ölkə hökuməti vətəndaşları gəlirlərinə görə bölmür”.

Türkiyə ödənişlə hərbi xidmətdən azad olma sistemi 2011-ci ildə tətbiq edilib. Xaricdə təhsil alan və ya çalışan ölkə vətəndaşları 30 min türk lirəsi ödəməklə hərbi xidmətdən azad ola bilirlər.

2013-cü ilin oktyabrında Türkiyə parlamenti ölkədə icbari hərbi xidmətin müddətini 15 aydan 12 ayadək azaldıb.

 

Tarix
17 Oktyabr 2014 [13:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin