Ana səhifə
21 Sentyabr 2018

Vacib görüşə hazırlıq başladı

Həmsdrlər Paris görüşünü müzakirə etmək üçün Ermənistana gedib

 

 

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası) və Pyer Andrie (Fransa) bu gün Ermənistana gediblər.

 

Ucnoqta.az” xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, onlar İrəvanda Prezident Serj Sarkisyanla və xarici işlər naziri Edvard Nalbandyan ilə görüşəcəklər. Beynəlxalq vasitəçilərlə görüşdə bu ayın sonunda Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan dövlət başçılarının nəzərdə tutulan görüşə hazırlıq işlərləri ilə bağılı müzakirə aparılacaq.

 

Xatırladaq ki, həmsədrlər Ermənistan paytaxtına gəlməzdən əvvəl Bakıda olub, Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıblar. Amerikalı həmsədr Ceyms Uorlik isə şəxsi işləri ilə əlaqədar heyətdə yer almayıb.

Tarix
17 Oktyabr 2014 [12:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin