Azərbaycan "Uşaq Avroviziyası – 2021" müsabiqəsində beşinci oldu - VİDEO

22:00 - 19 Dekabr 2021 - MAQAZİN

Fransanın paytaxtı Parisdə keçirilən “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başa çatıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycanı sözügedən müsabiqədə “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edib.

Ümumi səslərin sayına görə 151 xal toplayan təmsilçimiz yekunda beşinci yeri tutub.
Yarışmanın qalibi isə ermənistan təmsilçisi olub. İkinci pilləni Polşa, üçüncü yeri Fransa tutubsa, dördüncülüyü Gürcüstan qazanıb.

Xəbər xətti