"Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi başladı

19:27 - 19 Dekabr 2021 - MAQAZİN

Bu gün Fransanın paytaxtı Parisdə "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi keçirilir.

Ölkəmizi müsabiqədə "One of those days" mahnısı ilə Sona Əzizova təmsil edir.

Müsabiqəyə Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir.///apa

Xəbər xətti