Ana səhifə
12 Noyabr 2018

Xələf Xələfov Kolumbiyaya səfər edəcək

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Kolumbiyaya səfər edəcək.

 

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Pena bildirib.

Onun sözlərinə görə, X.Xələfov Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin IV toplantısında iştirak etmək üçün noyabrın 4-5-də paytaxt Boqotada səfərdə olacaq.

İclasda siyasi mexanizmlərin tətbiqi məsələləri müzakirə olunacaq və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Kolumbiyanın Azərbaycandakı səfirliyi bu ilin əvvəlində fəaliyyətə başlayıb. Səfirliyə müvəqqəti işlər vəkili Əssəd Xose Xater Pena rəhbərlik edir.

 

Tarix
17 Oktyabr 2014 [12:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin