Ana səhifə
19 Noyabr 2018

Qurban bayramında hava necə olacaq?

Qurban bayramı günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

 

Məlumata görə, oktyabrın 4-dən 7-nə kimi Azərbaycan ərazisində əsasən buludlu hava şəraitinin və yağmurlu olacağı proqnozlaşdırılır.

Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Sabah Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın bəzi bölgələrində oktyabrın 4-də yağış yağacaq, əsasən Lənkəran-Astara zonasında intensivləşəcək. Qərb küləyi əsəcək.

Aran rayonlarında oktyabrın 4-də havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə

1-6, gündüz 6-10 dərəcə isti olacaq.

 

 

Tarix
3 Oktyabr 2014 [13:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin