Ana səhifə
18 Noyabr 2018

Aybəniz Haşımova: “İçimdən bir səs deyir ki, bacım öz səhnəmizə qayıt”

Əməkdar artist Aybəniz Haşımova həm ölkəmizdə, həm də Türkiyədə məşhur olan azərbaycanlı xanım Məlahət Abbasovaya olan sevgisini dilə gətirib. Bu haqda sosial şəbəkədə status yazan sənətçi bildirib ki, M.Abbasova Azərbaycanın fəxr ediləsi övladlarındandır: “Azərbaycan hər zaman dəyərli övladları ilə fəxr edib. Fəxrimiz, dəyərlimiz, xalqın əsl xalq artisti zirvəsində dayanan, əsl sənətkar xanım Məlahət Abbasova! Uzun illərdir ki, artıq qardaş ölkədən, ölkəmizin mədəniyyətinə, yorulmadan xidmət edir. Azərbaycanın ölməz əsərləri məhz ilk dəfə Məlahət xanım tərəfindən Türkiyə səhnəsində gercəkləşib. Onun ilk işi B.Vahabzadənin İkinci səs əsəri, Həsən Həsənovun Brukseldən məktublardır. Elçinin “Qatil”, “Şekspir” və “Arılar arasında” əsərlərini repertuarına salmış və səhnələşdirmiş və uğurlu nəticədən sonra, əsərlər yeddi mükafa layiq görülüb. Hazırda isə Elçinin “Teleskop” əsərinin üzərində çalışır. Ən son çalışması isə Hüseyn Cavidin “İblis” əsərinin bədii şuraya verilməsi və qəbul olunduqdan sonra, ən böyük arzusu rejissor kimi bu əsəri səhnəyə qoymaqdır. Gələcək planları Cəlil Məmmədquluzadənin iki ölməz əsəri “Ölülər” və “Dəli yığıncağı”dır. Əslində içimdən bir səs deyir ki, bacım öz səhnəmizə qayıt. Çünki sənin kimi yüksək sənətkarın burada olmaması ən azından çox böyük bir itkiyə səbəbdir. Amma düşünəndə ki, Məlahət xanımın sayəsində Türkiyənin ən böyük şəhər teatrında böyük yazarlarımızın əsərləri təqdim olunur. Təbii ki, qürurvericidir. Mən Məlahət xanımı hələ yeniyetmə yaşlarımdan tanıyıram. Biz bərabər eyni filmdə çalışmışıq. Məlahət xanım aktrisa kimi, mən isə onun obrazında səslənən dahi Tofiq Quliyevin əsərlərini dirijor skripkanin müşayiətilə Moskva simfonik orkestr ilə ifa etmişəm. Əslində uzaq tarixdən bizə əl edən uğurlar, bu gün bizi çox xoşbəxt və üzümüzü ağ edir. Ən azından biz də nə isə edə bilmişik xalqımız üçün deməyə üzümüz var. Məlahət xanım Abbasova canlı tarix və Əfsanədir. O, Əfsanə ki yalnız naıllarda deyil, həm də bizim taleyimizdə və vətənimizdədir! Məlahət Abbasova kimi dəyərli sənətkarları zamanında qiymətləndirməliyik. Onun kimi sənətkarların xalqından tək bir istəyi var, sevgi. Amma, biz də o, sevgiyə qarşılıq verməliyik. İnanıram ki, yaxın zamanda Məlahət xanım Abbasova çox yaxın zamanda ölkəmizin əziz Prezidenti tərəfindən birbaşa ölkəmizin xalq artisti kimi yüksək dövlət tituluna layiq görüləcək. Sonda əziz bacım, çox sevdiyim sənətkar - Hüseyn Cavidin “İblis” əsərini Türkiyə səhnəsində səhnələşdirmək məsləsini irəli sürdüyünə görə sənə sonsuz təşəkkür edirəm. Ruhu duaçın olsun”.

 

 

Aygün

Tarix
17 Oktyabr 2014 [12:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin