Ana səhifə
14 Noyabr 2018

Regionlarda sənaye potensialı gücləndirilir

Sənayenin infrastruktur təminatının yaxşılaşdırılması həyata keçirilir

Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Son dövrlərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi  dəfələrlə artıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində regionlarda çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bununla bağlı bildirib ki, sənayenin inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Dövlət başçısının məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsidir ki, iqtisadiyyatın digər sahələri kimi, yeni mərhələyə qədəm qoymuş Azərbaycan sənayesi də uğurla inkişaf edir. «Bildiyiniz kimi, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib, ölkə sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin koordinasiyası, sənayeləşmənin sürətləndirilməsi, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə olunması məqsədilə “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Bu gün tədbirlər Planının icrası regionlarda da uğurla davam etdirlir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı sənayenin gələcək inkişaf üçün prioritetliyini bir daha vurğulayıb, bu istiqamətdə müvafiq tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, hazırda sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi-təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir.

 

2014-cü ildə Azərbaycan Prezidenti regionlara 23 səfəriniz çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılışı və təməlqoyma mərasimləri keçirilib. 2014-cü ildə regionlarda 105 sənaye müəssisəsi açılıb. Bu müəssisələr arasında “Norm” sement zavodu, Gəncədə Alüminium yarımfabrikat istehsalı zavodları, Azərbaycan kağız və karton istehsalatı kombinatı, Sumqayıtda yağ fabriki, Sumqayıt mis emalı zavodu, Sumqayıt Tekstil Parkının yeni fabrikləri, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları, Suraxanı Günəş Elektrik Stansiyası, Qəbələdə Gilan qida şəhərciyi, Ağdaşda yem emalı və quru meyvə istehsalı müəssisələri, müxtəlif regionlarda istismara verilmiş kərpic, asvalt, metal konstruksiya zavodları, meyvə-tərəvəz emalı və s. müəssisələrini qeyd etmək olar. Bundan başqa, hazırda dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və genişləndirilməkdədir.

Qısa müddət ərzində istifadəyə verilmiş bu sənaye obyektlərinın açılışında Prezident İlham Əliyevin iştirakı, tapşırıq və tövsiyələrini verməsi ölkənin qeyri-neft sənayesinin inkişafına ən yüksək səviyyədə diqqət və qayğının göstəricisidir.

Yeni müəssisələrin yaradılması ilə yanaşı, Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində zəruri ərzaq məhsulları ilə yanaşı, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir.

Həyata keçirilən düşünülmüş siyasət, rəqabətədavamlı, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ixracın genişlənməsinə yeni imkanlar yaradır. Hazırda bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır.

Görülmüş tədbirlərin nəticəsidir ki, qeyri-neft sənayesi 9 faiz artım olub.  İnfrastruktur layihələrinə böyük diqqət göstərilib və görülən işlər göz qabağındadır. Ümumiyyətlə, istər Bakıda, istərsə də bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bu, necə icra edilsin, o müəssisə necə yaradılsın ki, o bölgədə, rayonda elektrik enerjisi, yol yoxdur?. Görülən işlər əvvəlki dövlət proqramları dövründə də uğurla həyata keçirilib. Ötən il 5 elektrik stansiyası istifadəyə verilib, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilmiş və ya əsaslı təmir olunub.  Son 11 il ərzində isə 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. «Müqayisə üçün deyə bilərəm ki, ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır. Əgər yaranmasaydı, bu gün ölkəmizin üçdəbir hissəsi işıqsız qalacaqdı, heç bir inkişafdan söhbət gedə bilməzdi, heç bir müəssisə yaradılmazdı. Müəssisələrə gəldikdə, son 11 ildə 64 min müəssisə yaradılmışdır. Ona görə elektrik enerjisi ilə təchizat təmin edildi.

Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta sovet dövründə bəzi rayonlarda ümumiyyətlə təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq»,-Azərbaycan Prezidenti İlham Əliyev deyib. .

 

Yolların tikintisi də uğurla davam edib. İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Kənd yollarının tikintisi davam etdirilib, Əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb.

 

Son 11 il ərzində  isə 10 min kilometr yol çəkilib. Magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilib. «Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə Azərbaycanın təşəbbüsü ilə başlayıb, indi tikintisi başa çatır. Bölgələrdə 6 aeroport tikilib, onlardan 4-ü beynəlxalq aeroportdur. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası tikilmişdir. İndi bölgələrdən beynəlxalq uçuşlar təşkil edilir. Bu aeroportların bəziləri yenidən quruldu, bəziləri heç yox idi, tikilmişdir. Bu işə başlayanda bəziləri hesab edirdilər ki, buna - əlavə vəsait xərclənməsinə ehtiyac yoxdur. Amma görün indi nə qədər insan cənub, şimal-qərb bölgələrindən müxtəlif ölkələrə rahat gedir, daha Bakıya gəlməyə ehtiyac yoxdur»,-dövlət başçısı deyib. Göründüyü kimi sənayenin inkişafında müşüm əhəmiyyət daşıyan infrastrukturun yaradılması üçün önəmli işlər görülüb.

 

(ardı var)

 

 

 

Tarix
13 Mart 2015 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin