Ana səhifə
21 Noyabr 2018

Voleybol millimizin məşqçisi də getdi

Ucnoqta.az bildirir ki, futbol yığmamızda olduğu kimi, kişi voleybolçulardan ibarət Azərbaycan millisi də baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Voleybol Federasiyası kubalı Sillie Tabares Leonardo ilə yolları ayırıb.

 

Ötən ilin noyabrında mərkəzi amerikalı ilə 2 illik müqavilə bağlanılsa da, onun işi qurumu razı salmayıb. Daha doğrusu, yığmamız U-20-lər arasında Avropa çempionatında, Avropa Liqasında və bir sıra yarışlarda yalnız qrup sonuncusu olduğundan Leonardo ilə müqaviləyə vaxtından əvvəl xitam verilib. Kubalı mütəxəssis artıq müəyyən müddətdi vətəninə qayıdıb. Onun əvəzləyicisinin adının bugünlərdə müəyyənləşəcəyi bildirilir.

 

Qeyd edək ki, Leonardonun qızı, ötən mövsüm “Azəryol”un kapitanı olmuş Yuside Sillie də artıq Bakı klubundan göndərilib. Onunla başa çatan müqavilə yenilənməyib. 

 

Tarix
17 Oktyabr 2014 [11:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin