Ana səhifə
22 Noyabr 2018

Platini futbol qaydalarını dəyişməyi təklif edir - AĞ VƏRƏQƏ

UEFA prezidenti Mişel Platini futbolda ağ kartın, eləcə də matçın gedişində iki əlavə əvəzetmənin tətbiqi ideyasını irəli sürüb.

Ucnoqta.azdünya KİVinə istinadla bildirir ki, belə təkliflərlə Platini oktyabrın 16-da işıq üzü görən “Gəlin futboldan danışaq” adlı kitabında çıxış edib.

Onun fikrincə, hazırki sarı və qırmızı kartlarla yanaşı, oyunçunu meydandan müəyyən müddətə, məsələn, 10 dəqiqəliyə çıxarılmasını nəzərdə tutan ağ kart da tətbiq etmək olar.

Bununla yanaşı, Platini oyunun gedişində iki əlavə əvəzetməyə icazə verilməsinin tərəfdarı kimi çıxış edib. Bunlardan əlavə,  UEFA prezidenti hakimlər üçün yaş həddinin ləğv edilməsini və arbitrlərin yalnız ustalıq və fiziki hazırlıq səviyyəsi əsasında təyin edilməsini təklif edir.

Avqustun 28-də Platini 2015-ci ilin mayında Sürixdə keçiriləcək FİFA prezidenti seçkilərində namizədliyini irəli sürməyəcəyini elan edib. UEFA prezidenti bu addımını futbola daha yaxın olmaq qərarı ilə izah edib.

 

Tarix
17 Oktyabr 2014 [11:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin